Kamal Kılıçdaroğluya böyük itki - FOTO
CHP-nin sabiq sədri Kamal Kılıçdaroğluya ağır itki üz verib.
SAVASHMEDİA.az xəbər verir ki, K.Kılıçdaroğlunun əkiz qardaşı Adil Kılıçdaroğlu 76 yaşında infarktdan ölüb.
Bu barədə Balıkesir Böyükşəhər Bələdiyyə Başçısı Ahmet Akın “X” sosial şəbəkə hesabında paylaşım edərək başsağlığı verib.
Adil Kılıçdaroğlu 2009-cu ildə mətbuata K. Kılıçdaroğlu ilə əkiz olduqlarını açıqlamışdı:
"Çoxları Kamalla əkiz olduğumu bilmir. Atamızın dediyinə görə, mən ondan 2 saat sonra dünyaya gəlmişəm. Ona görə də o, mənim böyük qardaşımdır”.
Qeyd edək ki, Kamal Kılıçdaroğlunun digər qardaşı Cəlal Kılıçdaroğlu isə 2022-ci ildə infarktdan vəfat edib.
Banu
Adil Kılıçdaroğlu
Cəlal Kılıçdaroğlu