"Ölkədə çoxlu məscid tikməkdənsə..." - Qazaxıstan prezidenti

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkədə məscidlərdən daha çox kitabxanaların tikilməsinin vacib olduğunu deyib.

Nov 28, 2026 - 23:02
"Ölkədə çoxlu məscid tikməkdənsə..." - Qazaxıstan prezidenti

SAVASHMEDİA.az xəbər verir ki, Tokayev bu fikirləri noyabrın 26-da Moskvada keçirilən “AI Journey” beynəlxalq konfransı çərçivəsində məktəblilər və tələbələrlə görüşündə səsləndirib.

“Bir vaxtlar ölkəmizdə məscid tikmək dəbdə idi. Mən isə hesab edirəm ki, kitabxanalar tikmək lazımdır”, - prezident bildirib.

Tokayev gənclər arasında mütaliə vərdişinin formalaşdırılmasını istədiyini vurğulayıb. O, yaxın vaxtlarda Astana və Almatı şəhərlərində gecə-gündüz fəaliyyət göstərəcək prezident kitabxanalarının açılacağını da açıqlayıb.

Oğuz