Gürcüstanın Ankaradakı səfiri Türkiyə XİN-ə ÇAĞIRILDI - Polislərə cəza?
Türkiyə Batumidə “Beşiktaş” azarkeşlərinə qarşı polisin davranışına etiraz olaraq Gürcüstanla diplomatik təmaslara başlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi Gürcüstanın Ankaradakı səfiri Arçil Kalandianı nazirliyə çağırıb.
Buna səbəb noyabrın 26-da Batumidə keçirilən “Beşiktaş” - “Hapoel Beer-Şeva” matçı zamanı türk azarkeşlərlə Gürcüstan polisi arasında baş verən qarşıdurma olub.
Qarşıdurma zamanı polis əməkdaşları azarkeşlərə qarşı fiziki güc və bibər qazından istifadə ediblər.
Türkiyə tərəfi insidentin bütün təfərrüatlarının araşdırılmasını və məsul şəxslərin cəzalandırılmasını tələb edib. Türkiyənin xarici işlər naziri Hakan Fidan da gürcüstanlı həmkarı Maka Boçorişvili ilə bu barədə telefon danışığı aparıb.
Qeyd edək ki, qarşılaşma “Beşiktaş”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Aytən