Zəngəzur dəhlizinin adı dəyişdirilir, saziş sabah Vaşinqonda imzalanacaq - Reuters
ABŞ prezidenti Donald Trampla Ermənistan və Azərbaycan liderləri Nikol Paşinyan və İlham Əliyev arasında keçiriləcək görüşdə çərçivə sazişi imzalanacaq.
SAVASHMEDİA.az reuters-ə istinadla xəbər verir ki, həmin çərçivə sazişində Cənubi Qafqaz vasitəsilə nəqliyyat dəhlizinin inkişafı üçün ABŞ--yə müstəsna hüquqların veriləcəyi gözlənilir.
Nəşrin məlumatına görə, sənədin imzalanma mərasimi avqustun 8-də Ağ Evdə baş tutacaq.
Mənbələr bildiriblər ki, saziş Ermənistanın tranzit dəhlizinin inkişafı üçün eksklüziv hüquqlarını ABŞ-yə uzun müddətə verməsini nəzərdə tutur. Marşrut “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” adlanacaq.
Agentlik xatırladıb ki, Azərbaycan uzun müddətdiri, Ermənistan ərazisindən keçməklə ölkənin əsas hissəsini Naxçıvanla birləşdirəcək nəqliyyat dəhlizinin yaradılmasına çalışır.
Oğuz