Zelenskinin yaxın adamı jurnalistlərə təzyiqdə ittiham olunur - QALMAQAL

Ukraynada hakimiyyət nümayəndələrinin jurnalistlərə təzyiq göstərməsi ilə bağlı qalmaqal yaranıb.

Nov 28, 2026 - 22:02
Zelenskinin yaxın adamı jurnalistlərə təzyiqdə ittiham olunur - QALMAQAL

SAVASHMEDİA.az xəbər verir ki, “Ukrayinska Pravda” nəşrinin baş redaktoru Sevgil Musayeva deputat David Araxamiyanı və Ukrayna Təhlükəsizlik Xidmətini jurnalistlərə sistemli təzyiq göstərməkdə ittiham edib.

Onun sözlərinə görə, jurnalistlərin izlənilməsi, sosial şəbəkələrdə nüfuzdan salınması və redaksiyaya qarşı müxtəlif təzyiq vasitələrindən istifadə olunması ilə bağlı hallar mövcuddur.

Musayeva bu iddiaları Ukraynada mətbuat azadlığı baxımından ciddi problem kimi qiymətləndirib.

Deputat David Araxamiya isə səsləndirilən ittihamlara cavab verəcəyini bildirib.

Qeyd edək ki, Araxamiya Ukrayna Prezidenti Volodimir Zelenskinin siyasi komandasının əsas simalarından biridir.

Aytən