Rusiyadan Vaşinqtonla bağlı gözlənilməz etiraf 

“Moskva və Vaşinqton arasında münasibətlərin yaxşılaşdırılması potensialı tükənib”.

Oct 8, 2025 - 17:09
Rusiyadan Vaşinqtonla bağlı gözlənilməz etiraf 

SAVASHMEDİA.az TASS agentliyinə istinadən xəbər verir ki, bunu oktyabrın 8-də Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

Onun sözlərinə görə, münasibətlərin yaxşılaşdırılması potensialı Rusiya və ABŞ prezidentlərinin Ankoricdə (Alyaska) keçirilmiş görüşündən sonra yaranmışdı. 

“Təsdiqləməliyik ki, razılaşmaların lehinə Ankoricin yaratdığı güclü təkan, əsasən, rəqiblərin və son ukraynalıya qədər müharibənin tərəfdarlarının, ilk növbədə avropalıların səyləri ilə əhəmiyyətli şəkildə tükəndi. Bu, ilk növbədə avropalıların dağıdıcı fəaliyyətinin nəticəsidir ki, biz bu haqda açıq və birbaşa danışırıq”, - deyə nazir müavini vuurğulayıb.

Xatırladaq ki, Tramp və Putin avqustun 15-də Alyaskadakı Elmendorf Hərbi Hava Qüvvələri bazasında görüşmüşdülər. Danışıqlar  təxminən üç saat davam etmişdi. 

Xatirə SADİQ