İranın milli valyutası ÇÖKDÜ - 1 dollar 3 milyon rial oldu
İranda ABŞ dollarının məzənnəsi rekord həddə yüksələrək 3 milyon rial sərhədinə yaxınlaşıb.
SAVASHMEDİA.az xəbər verir ki, ölkənin sərbəst valyuta bazarında 1 ABŞ dolları təxminən 2 milyon 990 min riala satılır.
Milli valyutanın dəyər itirməsi İranda inflyasiyanın sürətlənməsi, ABŞ sanksiyalarının sərtləşdirilməsi və ölkəyə qarşı iqtisadi təzyiqlərin artması fonunda baş verir.
Məlumata görə, oktyabr ayında İranda istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 88,7 faiz, ərzaq və içki məhsullarının qiymətləri isə 112,6 faiz artıb.
İran Mərkəzi Bankının rəhbəri Əbdülnasir Himməti ölkənin əsas məhsulların və dərmanların idxalı üçün kifayət qədər valyuta ehtiyatına malik olduğunu bildirib. Bununla belə, o, valyuta bazarına iqtisadi amillərlə yanaşı, siyasi vəziyyət və gözləntilərin də təsir etdiyini etiraf edib.
Qeyd edək ki, dolların 2,99 milyon rial səviyyəsinə çatması İran valyutasının sərbəst bazarda tarixi minimuma düşməsi deməkdir.
Aytən