“Gəlin, sülh içində yaşayaq, yoxsa...” - Putin

Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrini dostluq şəraitində yaşamağa çağırıb və əks halda Rusiyanın adekvat cavab vermək məcburiyyətində qalacağını bəyan edib.

Sep 19, 2026 - 01:37
“Gəlin, sülh içində yaşayaq, yoxsa...” - Putin

SAVASHMEDİA.az xəbər verir ki, dövlət başçısı müvafiq bəyanatla Hərbi-Sənaye Komissiyasının iclası zamanı çıxış edib.

Rusiya lideri Qərbə xitabən kəskin xəbərdarlıq edib:

“Sadəcə onlara demək istəyirəm ki, gəlin, daha yaxşı sülh və dostluq içində yaşayaq, yoxsa biz də cavab verməli olacağıq. Bu, hər kəs üçün aydın və dərk olunan ümumi bir həqiqət olmalıdır, çünki başqa cür olmayacaq”.

Xatırladaq ki, sentyabrın 11-də Putin Qərbin əvvəlcə Qafqazdakı terrorçuların, indi isə Ukraynadakı “neonasist rejiminin” köməyi ilə Rusiyanı sıxışdırmağa və “əzməyə” çalışdığını bildirmişdi. Onun sözlərinə görə, Qərb tərəfindən bu cür cəhdlər səngimək bilmir.