"Maduro Trampa qulaq assaydı, indi Türkiyədə dincəlirdi" - Respublikaçı senator
Venesuela prezidenti Nikolas Maduro bu gün Türkiyədə dincələ bilərdi, amma o, indi Nyu-Yorkda həbsxanadadır.
SAVASHMEDİA.az xəbər verir ki, bu sözləri Cənubi Karolinadan olan respublikaçı senator Lindsi Qraham jurnalistlərə deyib.
Onun sözlərinə görə, Venesuela prezidenti vaxtında ABŞ prezidenti Donald Trampın Türkiyəyə sürgün təklifini qəbul etsəydi, daha yaxşı olardı.
"İndi onun günahlandıracağı heç kim yoxdur, o, yalnız özünü qınamalıdır. Bu seçimi özü etdi. Biz ona getmək imkanı vermişdik, amma o qalmağı seçdi. O, Donald Trampa və Amerika ordusuna meydan oxumaq qərarına gəldi, nəticəsini isə hamı gördü".
“The New York Times” qəzeti bir gün əvvəl, 23 dekabrda ABŞ hakimiyyətinin Maduroya vəzifəsindən ayrılıb Türkiyəyə getmək imkanı təklif etdiyini, lakin Maduronun bundan imtina etdiyini yazmışdı.
Oğuz