Peskov təsdiqlədi, amma ölkə adı çəkmədi - Rusiya benzin alacaq  

“Rusiya müəyyən həcmdə benzin idxal etməyi planlaşdırır”.

Jun 30, 2026 - 15:04
Peskov təsdiqlədi, amma ölkə adı çəkmədi - Rusiya benzin alacaq  

SAVASHMEDİA.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, benzin idxalı bazarın sabitləşdirilməsi istiqamətində atılan növbəti addım olacaq və əsas məqsəd bazarda yaranmış yüksək tələbatı azaltmaqdır. 

D.Peskov yanacağın hansı ölkələrdən alınacağını isə açıqlamayıb.

Xatırladaq ki, bundan əvvəl Rusiya mətbuatı hökumətin 2027-ci ilin iyul ayınadək "Avro-4", "Avro-3" və "Avro-2" standartlarına uyğun benzin və dizel yanacağının istehsalına və dövriyyəsinə icazə verməyi nəzərdən keçirdiyini yazmışdı. Məlumata görə, şirkətlərə həmin standartlara cavab verən benzinin idxalına da icazə veriləcək.

Bu qərar dərin emaldan keçməyən neft məhsullarından istifadəni mümkün edəcək ki, bunun da nəticəsində benzin bazarında təklifin aylıq yüz minlərlə ton artacağı gözlənilir. Lakin aşağı ekoloji standartlara malik yanacaq müasir avtomobillər üçün təhlükə yarada bilər. Məhz buna görə də "Avro-2" standartlı benzinin satışı Rusiyada 2013-cü ildən qadağan edilib.

Banu