"Emin Əmrullayev, bir telefonuna bax, gör kim zəng edib..." - Deputat
“Mən iki aydır Emin Əmrullayevə zəng edirəm, onu tapa bilmirəm”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib.
“Qaradonlu məktəbinin 120 illiyi olacaq. Düzdür, mənə çatan məlumata görə, oktyabrın 10-u nazir gələcək, qeyd edəcəklər. Mənə cavab vermir. Təqvimimdə yazmışam, zəng etdim, cavab vermədi. Axı sənin köməkçin var. Tutaq ki, sənin günorta çox vacib işlərin oldu, görmədin. Sabah bax gör sənə kimlər zəng edib. Sənə hansısa Həsən, Hüseyn yox, deputat zəng edib. Bir soruş ki, zəng etmisən, nə məsələdir”, - deputat əlavə edib.
Səlcuq