"Xalqdan üzr istəsinlər, nazirlərin hünəri çatırsa..." - Milli Məclisdən hökumətə ETİRAZ

Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında deputatlar tıxaclar, regionlarda tibbi xidmət və deputatların səlahiyyətləri ilə bağlı problemləri gündəmə gətiriblər.

Sep 21, 2026 - 11:45
"Xalqdan üzr istəsinlər, nazirlərin hünəri çatırsa..." - Milli Məclisdən hökumətə ETİRAZ

SAVASHMEDİA.az xəbər verir ki, deputat Arzuxan Əlizadə Bakıdakı tıxacların dözülməz həddə çatdığını deyib. 

O, iclasa gecikdiyi üçün üzr istəyərək bildirib: “Şəhərdəki tıxacları hələ də çözə bilməyənlər vətəndaşlardan üzr istəməlidir”.

Naqif Həmzəyev isə Gəncədə icbari tibbi sığorta ilə bağlı problemlərdən danışıb. Onun sözlərinə görə, bəzi əməliyyatlar dövlət xəstəxanalarında mümkün deyil və vətəndaş özəl xəstəxanaya da müraciət edə bilmir: “Hamını Bakıdakı xəstəxanalara toplamaqla böyük növbə yaratmağa ehtiyac yoxdur”.

Səyyad Aran deputatların səlahiyyətlərinin artırılmasını təklif edib. Deputat həmçinin nazirləri vətəndaşlarla daha çox birbaşa ünsiyyətə çağırıb:

"Ay nazirlər, hünəriniz çatırsa, camaatın içinə özünüz çıxın. Orada səni sözlə elə günə qoysunlar ki, adın da yadından çıxsın. Xalq o sözləri bizə deyir".

Səlcuq