Ramiz Mehdiyevin məhkəməsi başladı - Oğlu, kürəkəni və...
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və onun keçmiş köməkçisi Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilir.
SAVASHMEDİA.az xəbər verir ki, prosesə hakim Murad Aslanov sədrlik edir.
Ramiz Mehdiyev dövlətə xəyanət, dövlət hakimiyyətini zorla ələ keçirməyə cəhd, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, rüşvətalma və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Eldar Əmirov isə qanunsuz göstərişlərin icrasında vasitəçilik etməkdə təqsirləndirilir.
İş üzrə Ramiz Mehdiyevin oğlu Timur Mehdiyev, kürəkəni İlham Əliyev və digər ailə üzvlərinin maliyyə məsələləri ilə bağlı şahid qismində dindirilməsi nəzərdə tutulur.
Mehdiyev məhkəmə iclasında onlayn iştirak etməsi ilə bağlı müraciət edib. Müraciətin təmin olunub-olunmayacağı hələ məlum deyil.
Oğuz