Məşhur AKP-li Özgür Özelin ianə çağırışını lağa qoydu - "1,03 lirə göndərdim, qənaətlə xərclə"

Ankara Böyükşəhər Bələdiyyəsinin sabiq sədri, hakim AKP üzvü Melih Gökçek Özgür Özelin yeni yaratdığı “Yeni Partiya” (Yeni Parti) üçün ianə çağırışını lağa qoyub.

Jul 31, 2026 - 16:50
Jul 31, 2026 - 16:51
Məşhur AKP-li Özgür Özelin ianə çağırışını lağa qoydu - "1,03 lirə göndərdim, qənaətlə xərclə"

SAVASHMEDİA.az xəbər verir ki, M.Gökçek Ö.Özelin bank hesabına 1,03 lirə köçürüb.

O, ödənişin qəbzini paylaşaraq bu sözləri yazıb:

"Niyyətim 3 qəpik yardım etmək idi. Amma bank 1 lirədən aşağı məbləği qəbul etmədiyi üçün 1,03 lirə göndərdim".

Sabiq bələdiyyə sədri daha sonra Özgür Özelə müraciət edərək göndərdiyi vəsaiti qənaətlə xərcləməsini və pulu oğurlamaması üçün Veli Ağbabanı (CHP-dən istefa vermiş Malatya millət vəkili – red) gözdən qoymamağı “tövsiyə” edib:

“Pulu israf etməyin. Bir də Veli Ağbabanın pula toxunmasına icazə verməyin, qorxuram cibinə qoyar".

Xatırladaq ki, İbrahim Melik Gökçek 1994-2017-ci illərdə Ankara Böyükşəhər Bələdiyyəsinin sədri olub. Vəzifədə olduğu illərdə Türkiyə müxalifəti onu daima rüşvət və korrupsiyada ittiham edib. Oğlu Osman Gökçek Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü və Ankaradan seçilmiş millət vəkilidir.

Banu