"Vital Hospital"ın fəaliyyətı dayandırıldı 

"Vital Hospital" kimi tanınan "Sağlamlıq və Gözəllik Mərkəzi" MMC-də aparılan plandankənar yoxlama zamanı insan həyatı və sağlamlığı üçün təhlükə yaradan çoxsaylı qanun pozuntuları aşkarlanıb.

Jul 31, 2026 - 16:32
"Vital Hospital"ın fəaliyyətı dayandırıldı 

SAVASHMEDİA.az xəbər verir ki, yoxlama zamanı sterilizasiya qaydalarının pozulduğu, lisenziya şərtlərinə əməl edilmədiyi və insan sağlamlığı üçün təhlükə yaradan çoxsaylı nöqsanlar aşkar edilib. 

Həmçinin vaxtı bitmiş dərmanların saxlanıldığı və lisenziyada nəzərdə tutulmayan kosmetoloji xidmətlərin göstərildiyi müəyyən olunub.

Aşkar olunan pozuntulara görə klinikanın stasionar tibbi xidmətinin fəaliyyəti dayandırılıb. Müəssisəyə nöqsanların 10 iş günü ərzində aradan qaldırılması tapşırılıb. Daha sonra təkrar yoxlama keçiriləcək.