"Zəhmət olmasa, sevgililərinizə öz pulunuzu xərcləyin" - Lukaşenko
Belarus prezidenti Aleksandr Lukaşenko dövlətin idmana ayrdığı vəsaitin xərclənməsinə nəzarət ediləcəyini deyib.
SAVASHMEDİA.az xəbər verir ki, o, bu sahədə maliyyə şəffaflığının vacibliyindən danışıb.
"Biz idmanın maddi cəhətdən dəstəklənəməsinə qarşı deyilik, lakin xərclənən hər rubl nəticə verməlidir. Nəticə olmayacaqsa, pul da olmayacaq. Klub rəhbərləri, nazirlik rəsmiləri milyardların hara xərcləndiyinə cavabdeh olmalıdır. Zəhmət olmasa, yaxınlarınıza, dostlarınıza və sevgililərinizə öz pulunuzla dəstək olun, dövlətin pulu idman üçündür", - Belarus prezidenti deyib.
Oğuz