Tapmaca DESƏM, taparsan?
1. Qədim misirlilər inanırdılar ki, arıları Günəş tanrısı Ra qəm çəkdiyi anlarda yaradıb. Guya balaca cücülər məhz bunlardan əmələ gəlib.
2. Bu povesti Çarlz Dikkens 1843-cü ilin oktyabrında yazmağa başlamışdı və çox tezliklə başa çatdırdı – bayramadək çatışmaq üçün tələsirdi.
3. Ampir dövründə məhz bu, dəb düşmüş və “a-lya-Tit” adı almışdı. Roma imperatoru Titin şərəfinə. Həm kişilərdə, həm də qadınlarda.
4. Qədim ingilis eposunun bu qəhrəmanının adı “arı canavarı”, yəni “ayı” kimi tərcümə olunur.
5. Arıçılar bu tropik meyvəni arı təknəsi yaxınlığında yeməyi məsləhət görmürlər. Həmin meyvənin tərkibində izoamilasetat var, bu isə arılar üçün “Hamı hücuma!” siqnalı kimi xidmət edir.
6. Stiq Larssonun detektiv trilogiyasındakı Mixael Blumkvisti zarafatca Kalle Blumkvist adlandırırlar. İsveç qadın yazıçısının əsərlərindəki gənc xəfiyyənin adından.
7. Keçən il tez-tez oğurlanan nəşrlər arasında, məzəli görünsə də, bir neçə belə kitab da var idi.
8. “Özünü avtomobildən gözlə” filmində Detoçkinin anası oğluna xəbər verir ki, şahmat üzrə dünya çempionatında Mixail Tala pərəstişkarlıq edirdisə də, rəqibi qalib gəldi. Qəribədir, 1976-cı ildən sonra həmin şəxsin adını filmdən kəsməyiblər.
9. Əgər oyunçulara bir partiyaya 5 dəqiqə verilirsə, bu blitsdir – “ildırım”. Əgər vaxt cəmi bir-iki dəqiqə qalıbsa, oyunu məhz belə adlandırırlar. Həmin sözdən preferansda da istifadə olunur.
10. Məhz o, Günəş sisteminin planetlərini daxili və xarici planetlərə bölür.
11. Özünün “Pioner” şahmat proqramını təkmilləşdirmək məqsədi ilə bu şahmatçı elektron hesablama maşınına (kompyuterə) bir vaxt Xose-Raul Kapablanka üzərində gözəl qələbə qazandığı mövqeyi tapşırıq verdi. Kompyuter qələbə gedişini tapmadı.
12. Şahmat üzrə həmin SSRİ çempionatı sovet dövründə başlamışdı və 1993-cü ildə başa çatdı. Yuri Zelinski SSRİ çempionu oldu.
13. 1690-cı ildə astronom Con Flemstid bu planeti azı altı dəfə müşahidə etmiş, amma Buğa bürcündə ulduz kimi yazıb qeydə almışdı. Planetin kəşfinə o vaxt hələ bir əsr qalırdı...
14. Günəş sisteminin bütün planetləri arasında bu planet ən balacasıdır.
15. Kağızdan belə məqsədlə istifadə olunmasına ən qədim şəhadət 1035-ci ilə aiddir. Məhz o zaman iranlı səyyah Qahirədə olarkən bazarda bunu görmüşdü.
16. İkinci Dünya müharibəsi zamanı İslandiyada hədiyyə almaq çətin məsələ idi, kağız isə defisit deyildi. O vaxt Milad bayramında məhz onu hədiyyə vermək ənənəsi meydana gəldi.
17. Orada ilk şahmat partiyası 1970-ci ildə Sevastyanov ilə Nikolayev arasında oynanmışdı. Sonradan Vitali Sevastyanov SSRİ Şahmat federasiyasının prezidenti oldu.
18. Onun adını neçə dəfə desən ağzın şirin olacaq?
19. Onun kütlə qarşısında son çıxışı 1922-ci il noyabrın 20-də Bolşoy teatrda olmuşdu.
1. Ranın göz yaşlarından.
2. “Nəsrdə Milad nəğməsi”.
3. Qısa saç düzümü.
4. “Beowulf”.
5. Banan.
6. Astrid Lindqren.
7. Sərmayə qoyuluşuna aid.
8. Viktor Korçnoy məhz həmin il xaricdə qalmışdı.
9. Güllə.
10. Asteroidlər halqası.
11. Mixail Botvinnik.
12. Yazışma üzrə şahmat yarışı.
13. Uran.
14. Merkuri.
15. Satılan şeyi kağıza bükmüşdülər.
16. Kitab.
17. Kosmosda.
18. Neçə dəfə desən də, olmayacaq.
19. Lenin.
A.ƏZİZ