“Baltik və Qara dənizlər NATO-nun məsuliyyət zonasıdır” - Mark Rutte
“NATO Baltik və Qara dənizlərə öz məsuliyyət zonaları kimi baxır və istənilən gözlənilməz hallara sarsıdıcı cavab verməyə hazırdır”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Şimali Atlantik Alyansının baş katibi Mark Rutte NATO müdafiə nazirlərinin iclasından əvvəl keçirilən brifinqdə bildirib. Brifinq NATO-nun YouTube kanalında yayımlanıb.
Rusiyanın “kölgə donanmasının” dənizaltı rabitə kabellərinin partladılması halları və tankerlər ətrafında artan gərginlik səbəbindən Baltikyanı regionda yaranmış gərginliklə bağlı suala Rutte belə cavab verib:
“Baltik regionuna gəldikdə, bu, Qara dəniz və NATO-nun digər regionları üçün də keçərlidir, oradakı sualtı infrastruktur daim təhlükə altındadır”, - deyə baş katib əlavə edib.
O, qeyd edib ki, məhz bu regionlarda, o cümlədən təhlükəsizliyin təmin edilməsi üçün NATO ölkələri müdafiə xərclərini artırmalıdır.
Xatirə SADİQ