"Ukrayna münaqişəsi Zelenskisiz həll olunacaq" - Tramp
ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin Volodimir Zelenskinin iştirakı olmadan həll edilə biləcəyini bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, Tramp bu barədə “Newsmax” telekanalına müsahibəsində danışıb.
“Düşünürəm ki, onlar sonda hansısa formada razılığa gələcəklər. Lakin bu, Zelenskisiz olacaq, çünki o, münaqişənin həllini istəmir”, - ABŞ prezidenti bildirib.
Tramp Ukrayna lideri ilə danışıqlar aparmağın çətin olduğunu söyləyib. O, Zelenskini Rusiya ilə razılaşma əldə etmək istəməməkdə ittiham edib.
ABŞ prezidenti, həmçinin Ukraynanın Rusiya neft emalı zavodlarına hücumlarını tənqid edib. Onun iddiasına görə, bu hücumlar dünya bazarında neft qiymətlərinin artmasına səbəb olur.
Qeyd edək ki, Trampın açıqlamaları Vaşinqtonla Kiyev arasında münaqişənin dayandırılması və Rusiyanın enerji infrastrukturuna hücumlarla bağlı fikir ayrılıqlarının fonunda səslənib.
Oğuz