“Biz bunda israr edirik” - Ukrayna prezidenti

“Ukraynada dərhal, tam və qeyd-şərtsiz atəşkəsdə israr edirik” 

Apr 23, 2025 - 15:52
“Biz bunda israr edirik” - Ukrayna prezidenti

SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski bunu Marqanetsdə 9 nəfərin ölümü və 40-dan çox insanın yaralanması ilə nəticələnən Rusiya dronunun avtobusa zərbə endirməsinə münasibət bildirərkən deyib.

“Bu, ABŞ-nin bu il martın 11-də tamamilə düzgün təklifi idi. Bu, tamamilə mümkündür. Amma bu, yalnız Rusiya bununla razılaşdıqda və qətlləri dayandırdıqda mümkündür. Pasxa bayramında biz hərbi əməliyyatların intensivliyinin azalmasına və hava hücumu sirenlərinin olmamasına nail olduq. Ukrayna bu sükutun ən azı 30 gün uzadılmasını və atəşkəs rejiminin tamamlanmasını təklif edib. Biz həm də ən azı mülki hədəflərdə dərhal atəşkəsə hazırıq və bunu artıq bəyan etmişik. Bu – həyatların xilas edilməsi bütün tərəfdaşlar üçün ümumi birinci prioritet olmalıdır”, - deyə Zelenski vurğulayıb. 

O xatırladıb ki, Ukrayna atəşkəsə və ardınca real sülhə gətirib çıxara biləcək formatların heç birini istisna etmir.

Xatirə SADİQ