Donetsk vilayətində Seneqal vətəndaşı əsir götürüldü

Ukraynanın Donetsk vilayətinin Toretsk istiqamətində ukraynalı hərbçilər Rusiya  ordusu tərəfində vuruşan afrikalı muzdlu əsgəri əsir götürüblər.

Apr 23, 2025 - 15:44
Donetsk vilayətində Seneqal vətəndaşı əsir götürüldü

SAVASHMEDİA.az xəbər verir ki, hadisəni əks etdirən video hərbçilər tərəfindən “Facebook” sosial şəbəkəsində paylaşılıb. 

Görüntülərdə ələ keçirilən əsir Seneqal vətəndaşı olduğunu, iki il Rusiyada təhsil aldığını bildirib. 

Əcnəbi əsir ukraynalı hərbçilərə danışıb ki, Almaniyaya mühacirət etməyi planlaşdırırmış. Bir rusiyalı ona deyib ki, Almaniyaya getməsi üçün cəbhə bölgəsinə gedib, pul qazansın. Üstəlik, ona deyilib ki, Ukrayna vasitəsilə Avropaya getmək daha asandır.

Seneqallı əsirə baxış keçirilərkən, onun yüngül yaralı olduğu aşkarlanıb. Əsirə yardım göstərilib və cəbhə xəttindən təxliyə edilib. Onun üzərində Rusiya bankının kartı da tapılıb. 

Xatirə SADİQ