ChatGPT qurucusu “Google Chrome”u almaq istəyir

ABŞ federal məhkəməsi “Google” şirkətini “Chrome” brauzeri satmağa məcbur edəcəyi təqdirdə OpenAI onu almaqda maraqlı olacaq.

Apr 23, 2025 - 15:42
ChatGPT qurucusu “Google Chrome”u almaq istəyir

SAVASHMEDİA.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bunu ChatGPT layihəsini idarə edən OpenAI şirkətinin nümayəndəsi Nik Törli deyib. 

ABŞ Ədliyyə Nazirliyi məhkəmə prosesində Törlini ifadə verməyə çağırıb. Bu proses “Google”un öz biznesində hansı dəyişiklikləri etməli olduğunu müəyyən etmək məqsədi daşıyır. 

Federal hakim şirkətin axtarış sistemləri bazarında monopoliyaya malik olması barədə qərar çıxarıb.

Ədliyyə Nazirliyi məhkəmədən “Google” şirkətinin “Chrome”dan imtinaya vadar olunmasını tələb edir.

Xatirə SADİQ