“Qızım, arvadım öldü, əl çəkin məndən...” – Məşhur aktyordan mediaya SƏRT REAKSİYA + FOTO

Türkiyənin və “Yeşilçam”ın məşhur aktyoru Çoşkun Göyen haqqında yayılan xəbərlərə sərt reaksiya verib.

Jul 25, 2025 - 21:36
“Qızım, arvadım öldü, əl çəkin məndən...” – Məşhur aktyordan mediaya SƏRT REAKSİYA + FOTO

SAVASHMEDİA.az xəbər verir ki, 80 yaşlı aktyor səhhəti ilə bağlı yazılardan bezdiyini bildirib.

 “7 il öncə aorta əməliyyatından sonra çəkilmiş şəklimi yeni şəkil kimi yayımlayırlar. Belə xəbərlər məni incidir. Xəbəri oxuyanlar gecə-gündüz yazıb halımı soruşurlar. Hamıya yaxşı olduğumu anlatmağa çalışıram”.

Məşhur aktyor bir il ərzində yaşadığı ağır itkilərdən bəhs edib:

“Həyatda hər şey görmüşəm. Necə ailə başçısı olduğumu hamı bilir. Həyatı doğru yaşamışam, yaşayıram. Gözəl ailəm, övladlarım var. Son bir il mənim üçün çətin keçdi. Qızım Dünyanın itkisi çox ağır idi. 7 ay öncə həyat yoldaşım Anjelikanı da itirdim. Üç ay içində 4 dostum vəfat etdi. Bu il ərzində 14 kilo arıqlamışam. Mediada haqqımda yazılan xəbərlərə də çox üzülürəm. Artıq 80 yaşım var, reklama ehtiyacım da yoxdur. Məndən əl çəksinlər”.

C. Göyen “Yeşilçam”lı olmaqdan qürur duyduğunu bildirib:

“İbtidai məktəb məzunuyam, ancaq 3 dil bilirəm. Biz “Yeşilçam” uşaqlarıyıq, o küçədə böyümüşük. Filmə çəkildiyim aktyorlardan Nuri Alço ilə 48 ildir dostuq. Ən yaxın dostumdur. Böyük aktyorlarla filmlərə çəkilmişəm. Müğənnilərin içərisində ən yaxşı aktyor Ferdi Tayfurdur. Çox sadə və istedadlı insan idi. İndiki aktyorlar çox şanslıdır. O vaxt dublyorlar yox idi. Məhdud imakanlarla filmlər çəkilirdi. Hər işi özümüz görürdük”.

Qeyd edək ki, ustad aktyor “Yeşilçam” filmlərində həmişə mənfi obrazı canlandırıb.

Banu