"Sizə fil hədiyyə edəcəyəm" - Laos prezidenti Putinə
Rusiyada səfərdə olan Laos prezidenti Thongloun Sisoulith rusiyalı həmkarına maraqlı hədiyyə təklif edib.
SAVASHMEDİA.az xəbər verir ki, Kremldəki görüşdə Laosun dövlət başçısı dövlətlər arasında diplomatik əlaqələrin 65 illiyi şərəfinə Vladimir Putinə bir cüt fil hədiyyə etmək istədiyini deyib.
“Prezident Sisoulith və bütün Laos xalqı sizə bir cüt fil vermək istəyir”, - tərcüməçi Cənub-Şərqi Asiya respublikasının rəhbərinin sözlərini Putinə çatdırıb.
Oğuz