Hindistan Rusiyadan neft alışını dayandırdı
ABŞ prezidenti Donald Trampın 100 faizlik tarif bəyanatından sonra Hindistanın dövlət neft emalı zavodları Rusiya neftinin idxalını dayandırıb.
SAVASHMEDİA.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.
Mənbələrin sözlərinə görə, bu həftə alış dayandırılıb. Onların sözlərinə görə, Hindistanın ən böyük neft şirkəti olan “Indian Oil Corp” da Rusiyadan barel almaqdan imtina edib. Bu şirkət ümumi gücü ildə 60 milyon ton olan 20 neft emalı zavodundan 10-nu idarə edir.
Bundan başqa, “Hindustan Petroleum”, “Bharat Petroleum” və “Mangalore Rafinery Petrochemical” da idxalı dayandırıb. Hindistanın neft emalı zavodları spot bazarda Rusiya barelinin əvəzini axtarır, Yaxın Şərq və Qərbi Afrikadakı OPEC ölkələrindən neft almağa başlayıb.
Hindistanda Rusiya neftinin ən böyük alıcıları isə “Rosneft”in pay sahibi olduğu “Reliance Industries” və “Nayara Energy” özəl neft emalı zavodlarıdır. Sonuncu Avropa sanksiyalarının 18-ci paketi altına düşdüyündən neft məhsullarının satışı ilə bağlı çətinliklər yaşamağa başlayıb.
Xatirə SADİQ