Ukraynalı siyasətçi Medvedevə yerini göstərdi - “Get kinoya bax”

Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak ABŞ-ni müharibə ilə hədələyən Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin bəyanatlarına cavab verib.

Jul 31, 2025 - 16:29
Ukraynalı siyasətçi Medvedevə yerini göstərdi - “Get kinoya bax”

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Yermak öz Telegram kanalında yazıb.

O, Amerikanın “Prezident təyyarəsi” filmindən sitatı xatırladıb: “Heç kim ABŞ ilə belə rəftar etməz. Prezident beysbol əlcəyini özünə qaytaracaq və bu oğlanla top oynayacaq!”.

Andrey Yermak qeyd edib ki, Medvedevə kinoseans lazımdır: “Ola bilsin ki, sevdiyi araqla, o, nəhayət, lazımi filmə baxacaq. Həmin film ona xatırladacaq: Amerika dözmür. Amerika cavab zərbəsi endirir”.

Xatirə SADİQ