"Çaşıb da, axırı Rəşad Dağlı kimi olacaq" - Əli Mirəliyev Balaəliyə elə sözlər dedi ki... 

Müğənni Əli Mirəliyev meyxanaçı Balaəlinin Xosrov Maştağalıya butulka atması ilə bağlı açıqlama verib.

Sep 17, 2026 - 12:47
Sep 17, 2026 - 13:02
"Çaşıb da, axırı Rəşad Dağlı kimi olacaq" - Əli Mirəliyev Balaəliyə elə sözlər dedi ki... 

SAVASHMEDİA.az xəbər verir ki, Əli Mirəliyev bu barədə Cebhe.info-ya danışarkən Balaəlinin hərəkətini tənqid edib.

“Çaşıb da... Sözün var, sözünü de, meyxana sözdü. Sözünü dedin, qurtardı getdi. Axı xuliqanlıq nəyə lazımdır? Ölə bilərdi, sağlamlığına ağır zərər dəyərdi. Şükür Allah, butulka dəyib, amma yaşayır. Yaxşı ki, bir şey olmayıb.

Bunun adı qudurğanlıqdı. Bu qudurğanlığın əlamətləridir. İnsan o qədər qudurur ki, elə bilir hamı bunu tanıyır. Bu nə eləsə olar”, - o bildirib.

Əli Mirəliyev həbsdə olan meyxanaçı Rəşad Dağlıdan da danışıb.

“Dağlı balası, həbsdə olan meyxanaçı Rəşad Dağlı, Allah işinə fərəc versin. O gün uşaqlar mənə dedilər ki, yanına gediblər. Arıqlayıb, bir dəri, bir sümük qalıb. Söz deyənin yeri meyxanadır. Sənin türmədə nə işin var? Ona görə belə hərəkətləri edənlərin aqibəti Rəşad kimi olacaq”, - müğənni əlavə edib.

Əli Mirəliyev Balaəlinin fiziki görünüşünü də istehza ilə şərh edib:

“Onsuz da Balaəli arıq-cılızdı, ayaq üstə güclə dayanır. Hansı gününə baxıb camaata butulka atır? Üfürsən yerə yıxılar. Yenə Ağakərim, Ağamirzə olsa, deyərəm hə. Onların heç olmasa, canı var. Balaəli, sənin nəyin var ala? Nəyə lazım belə şeylər? Yaxşı iş görməyib”.