Gürcüstanın keçmiş prezidenti hərbçilərdən üzr istədi

Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili “Gürcü arzusu”nun yürütdüyü siyasətə görə hərbçilərdən üzr istəyib. 

Apr 1, 2025 - 15:42
Gürcüstanın keçmiş prezidenti hərbçilərdən üzr istədi

SAVASHMEDİA.az xəbəbr verir ki, bu Salome Zurabişvilinin Pirveli TV-yə verdiyi müsahibəsi zamanı baş verib. 

“Milli Hərəkat” hökumətinin fəaliyyətini araşdırmaq üçün parlamentin müvəqqəti istintaq komissiyasının işini şərh edən Zurabişvili bildirib ki, İvanişvili rejimi Gürcüstan silahlı qüvvələrinə və generallarına qarşı qəsdən döyüşür, çünki onları tabe edə bilmir. 

O, 2008-ci ilin avqust müharibəsi məsələlərini araşdıran Teya Tsulukianinin rəhbərlik etdiyi komissiyanın generallardan cavab tələb etməsindən hiddətləndiyini bildirib.

“Mən Gürcüstan ordusundan üzr istəmək istəyirəm. Çünki bu ölkə gürcü ordusuna söykənərək dayanıb və dayanacaq. Bu günlərdə baş verənlərə görə üzr istəyirəm”, - deyə Gürcüstanın beşinci prezidenti vurğulayıb. 

Xatirə SADİQ