Bakı-Tbilisi-Bakı qatarları bu tarixdən fəaliyyətə başlayır - RƏSMİ
Xəbər verdiyimiz kimi, Azərbaycan və Gürcüstan arasında dəmir yolu əlaqələrinin yenidən bərpası ilə bağlı mühüm razılıq əldə olunub.
Tərəflər Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarlarının fəaliyyətinin bərpasına qərar veriblər.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə məlumatı "Azərbaycan Dəmir Yolları" QSC yayıb.
Bildirilib ki, Azərbaycan və Gürcüstan hökumətləri arasında imzalanmış Birgə Kommünikeyə əsasən, 26 may 2026-cı il tarixindən etibarən Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin qatarları yenidən fəaliyyət göstərəcək.
Qeyd edək ki, qatar reyslərinin bərpası iki ölkə arasında turizm və sərnişin daşımalarının canlanmasına, həmçinin regionda nəqliyyat əlaqələrinin genişlənməsinə töhfə verəcək.
Aytən