Kremlin sözçüsü Putinin sabahkı cədvəlindən danışdı - “İşçi görüşləri var”
“Rusiya prezidenti Vladimir Putinin sabaha planlaşdırdığı işçi görüşləri var”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib.
Bu görüşlərin Rusiyada olub-olmayacağı soruşulduqda Peskov pauza verib və sonra təkrar edib: “işçi görüşlər”.
Kremlin sözçüsü “işçi görüşlər”in harada olacağını söyləməkdən imtina edib.
Qeyd edək ki, Kreml indiyədək Putinin sabah Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşmək üçün İstanbula uçub-uçamayacağı barədə məlumat verməyib.
Xatirə SADIQ