“Buna zərrə qədər də inanmıram” – Donald Tramp

ABŞ prezidenti Donald Tramp Rusiyanın bir gün NATO ilə döyüşəcəyi barədə iddialarla razılaşmayıb.

Feb 17, 2025 - 12:18
“Buna zərrə qədər də inanmıram” – Donald Tramp

SAVASHMEDİA.az “Fox News” telekanalına istinadən xəbər verir ki, Tramp bunu jurnalistlərlə ünsiyyəti zamanı bildirib. 

Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiyanın NATO-ya qarşı müharibəyə hazırlaşdığı bəyanatı ilə razı olub-olmadığı və bununla bağlı hər hansı narahatlığının olub-olmadığı sualına Tramp belə cavab verib: “Xeyr, mən razı deyiləm. Mən razı deyiləm. Zərrə qədər də”.

Fevralın 14-də Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib ki, Rusiya gələn ilin əvvəlində NATO ölkələrinə, məsələn, Latviya, Litva, Estoniya və Polşaya qarşı təcavüz hazırlaya bilər. 

NATO-nun baş katibi Mark Rutte bəyan edib ki, Rusiya lideri Vladimir Putin indi Şimali Atlantika Alyansına hücum etsə, onu qaçılmaz məğlubiyyət gösləəyəcək, lakin bir neçə ildən sonra Rusiya böyük təhdid ola bilər. 

Xatirə SADİQ