Makron ukraynalılara çağırış etdi – “Real müzakirələr aparın”

Fransa prezidenti Emmanuil Makron Ukraynanı ərazi məsələlərində “real müzakirələr” aparmağa çağırıb.

Jan 6, 2025 - 18:45
Makron ukraynalılara çağırış etdi – “Real müzakirələr aparın”

SAVASHMEDİA.az “BFMTV”-yə istinadən xəbər verir ki, bu çağırışı Fransa prezidenti Emmanuel Makron fransalı səfirlərin illik görüşü zamanı səsləndirib.

Onun fikrincə, 2022-ci ildə Rusiyanın işğalı nəticəsində yaranan münaqişənin həllini tapmaq üçün yalnız ukraynalılar bunu edə bilərlər.

“Amerika Birləşmiş Ştatları bizə vəziyyətin mahiyyətini dəyişməkdə və Rusiyanı danışıqlar masasına oturmağa inandırmaqda kömək etməlidir”, _ deyə Makron vurğulayıb. 

Onun sözlərinə görə, avropalılar Ukrayna üçün təhlükəsizlik zəmanəti yaratmalıdır: “Bu, onların ilk məsuliyyəti olacaq”.

Fransa prezidenti həmçinin xəbərdarlıq edib ki, hazırkı şəraitdə Ukraynada tez və asan həll olmayacaq.

“Amerikanın yeni prezidentinin özü bilir ki, Ukrayna uduzsa, Birləşmiş Ştatların heç nə qazanma şansı yoxdur”, - deyə Makron bildirib.

O, əlavə edib ki, Ukraynanın kapitulyasiyası avropalılar və amerikalılar üçün yaxşı heç nə vəd etmir. 

Makron vurğulayıb ki, münaqişədən “yorğunluq” səbəbindən Qərb “kompromis”ə razılaşarsa, ona “etimad sarsılacaq”.

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, Rusiya-Ukrayna müharibəsinə son qoyulması ilə bağlı ilk danışıqlar andiçmə mərasimindən sonra ABŞ prezidenti Donald Trampla, sonra Avropa liderləri, daha sonra isə Kremlin rəhbəri Vladimir Putinlə aparlıla bilər. 

Xatirə SADİQ