Rəqsanə İsmayılova həbsxanadakı ilk günündən danışdı - "Mənə dedilər ki..."

Bir müddət əvvəl ev dustaqlığına buraxılan müğənni Rəqsanə İsmayılova "Təsir dairəsi" verilişində qonaq olub.

Dec 9, 2025 - 00:54
Dec 9, 2025 - 01:27
Rəqsanə İsmayılova həbsxanadakı ilk günündən danışdı - "Mənə dedilər ki..."

SAVASHMEDİA.az xəbər verir ki, ifaçı studiyaya daxil olduqdan sonra göz yaşlarına hakim ola bilməyib. 

"Məni bilirsiniz nə kövrəltdi? Bu mənzərəni həbsxanda olarkən gözümün qarşısına gətirmişdim. Yerimin içində oturub sizə baxırdım, deyirdim ki, Lalə xanım, verilişinizə gəlib sizi qucaqlayacağam. Allah bunu mənə qismət etdi", - Rəqsanə bildirib.

Müğənni daha sonra həbsxanada keçirdiyi ilk günlərdən danışıb:

"Həbsdə olan ilk günümdə sizdən dəstək almışam. Mənə dedilər ki, Lalə sizdən danışır. Televizora kökləndim və gördüm deyirsiniz ki, Rəqsanəni 4 övlad gözləyir. Onun barəsində ədalətli bir qərar çıxacaq və övladlarının yanına qayıdacaq. Uzandım yerimə və bu anı xəyal etdim. Özümə dedim ki, Lalə xanım, gəlib verilişdə sizinlə görüşəcəyəm. Həqiqətən də, Allah bunu mənə nəsib etdi. Həbsdə olanda hər gün səcdədə olmuşam. Günlərlə Allahımla danışmışam".

Aytən