Gürcüstan müxalifəti Suriya prezidentinə məktub göndərdi - Nə istəyirlər?

Gürcüstanın aparıcı dörd müxalifət partiyası Suriya prezidenti Əhməd əl-Şaraaya müraciət edib.

Jan 31, 2025 - 18:51
Gürcüstan müxalifəti Suriya prezidentinə məktub göndərdi - Nə istəyirlər?

SAVASHMEDİA.az-ın məlumatına görə, müraciətdə Suriyanın yeni hakimiyyətindən Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınmasını geri götürmək tələb edilib. 

“Gürcüstanın Rusiya tərəfindən işğal olunmuş bölgələri - Abxaziya və Sxinvali bölgəsi (Cənubi Osetiya) müstəqil dövlətlər kimi yalnız Rusiya ilə müttəfiq olan Venesuela və Nikaraqua kimi diktatura rejimləri tərəfindən tanınıb. 2018-ci ildə diktator Bəşər Əsəd Rusiyanın onun qəddar rejiminə verdiyi dəstəyə cavab olaraq Gürcüstanın bu işğal olunmuş ərazilərinin müstəqilliyini tanıdı. Sizdən bu tarixi yanlışlığı düzəltməyi xahiş edirik”, - məktubda qeyd edilib.

Oğuz