"Məni İranla müharibəyə o həvəsləndirdi, dedi ki..." - Tramp AD ÇƏKDİ

ABŞ prezidenti Donald Tramp onu İranla müharibəyə kimin həvəsləndirdiyini açıqlayıb.

Mar 24, 2026 - 01:42
"Məni İranla müharibəyə o həvəsləndirdi, dedi ki..." - Tramp AD ÇƏKDİ

SAVASHMEDİA.az xəbər verir ki, Tramp bununla bağlı açıqlamasında deyib ki, İranla müharibənin təşəbbüskarı və ilhamverici qüvvəsi ABŞ-nin müharibə naziri Pit Heqset olub.

"Pit Heqset bunun lehinə ilk çıxış edən şəxs olub. O, "Gəlin bunu edək" dedi və biz bunu etdik", - Tramp deyib.

O əlavə edib ki, baş verənlərə baxmayaraq, İranın Amerikaya və müttəfiqlərinə qarşı təhdidlərinə son qoymaq üçün yeni bir fürsəti var. 

"Ümid edirik ki, onlar bu fürsətdən maksimum yararlanacaqlar", - Tramp bildirib.

Oğuz