“İndi ABŞ-də hər gün Uotergeyt baş verir” - Harri Kasparov
Hazırda ABŞ-də yaşayan şahmatçı Harri Kasparov Ağ Evin rəhbəri Donald Trampı tənqid edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu, Kasparovun tanınmış ukraynalı jurnalist Dmitri Qordona müsahibəsi zamanı baş verib.
Kasparovun sözlərinə görə, ABŞ-də bir çox məqamlar qanunlarda yazılmayıb. Amma onlar tətbiq edilir, çünki belə qəbul edilib. “Tramp isə “tüpürmək istəyirəm!” bildirir”, - deyə erməni əsilli şahmatçı vurğulayıb.
O, hesab edir ki, mövcud qanunlara əməl edilməməsi sərfəli olmadığından o icra olunur: “Amerika bunun üzərində qurulub və belə təsəvvür var ki, 1620-ci ilin Meyflauer Müqaviləsindən başlamaqla müəyyən qanunlara hamı əməl edəndə uğurlu cəmiyyət fəaliyyət göstərir. Bu strukturu quran ilk məskunlar həmin sənədi imzalayıblar. Hər şeyin fövqündə dayanan yazılı qanun var və ona əməl edilməlidir. Bu, həm İstiqlal Bəyannaməsinin, həm də Konstitusiyanın əsasını təşkil edir”.
Kasparov diqqətə çatdırıb ki, məhz Trampın birini prezidentliyi dönəmindən Amerikada vəziyyət dəyişib.
“Amma Amerikada bir çox şeylər – mən bu barədə hələ 2016-cı ildə, Tramp ilk dəfə hakimiyyətə gələndə yazmışdım – kodlaşdırılmayıb, onlar yazılmayıb, sadəcə “axı, bunu heç kim etmir”in bir hissəsidir. Niksonun Uotergeyt üçün qaçılmaz impiçment təhlükəsi altında istefa verməsi bu gün heç kimin fərq etmədiyi bir şeydir. Bu gün Uotergeyt hər gün baş verir”, - deyə Kasparov iddia edib.
Xatirə SADİQ