“Həmişə ayıq-sayıq olmalıyıq” - Aleksandr Lukaşenko

“Belarus ordusu istənilən təcavüzkara cavab verməyə qadirdir, amma heç kimi fəth etməyə çalışmır, çünki bacarmır”. 

Sep 17, 2025 - 17:32
“Həmişə ayıq-sayıq olmalıyıq” - Aleksandr Lukaşenko

SAVASHMEDİA.az “Zerkalo” nəşrinə istinadən xəbər verir ki, bunu müxtəlif sahələrin görkəmli nümayəndələrinə dövlət mükafatlarının təqdim edilməsi zamanı Aleksandr Lukaşenko deyib.

“Biz bunu yaxşı başa düşürük. Ətrafımızda güclü dövlətlər var, nə deyək. Amma kimsə bizim torpağımıza ayaq basarsa, biz həmişə ziyan vurmağa hazırıq”, - siyasətçi vurğulayıb.

Belarus-Rusiya təlimləri barədə danışarkən Aleksandr Lukaşenko xatırladıb ki, onlar planlaşdırıldığı kimi keçirilir.

“Bunu onlar (qonşular – red.) da bilirlər, gizlətmirik. Adi atıcı silahlardan atəşdən tutmuş nüvə başlıqlarına qədər hər şeyi sınamalıyıq. Yenə deyirəm, bütün bunları bacarmalıyıq. Əks halda, onlar niyə Belarus ərazisində olsun ki. Amma heç bir halda bununla heç kimi təhdid etməyəyə hazırlaşmırıq. Əgər kiməsə öz hərəkətlərinə haqq qazandırmaq lazımdırsa – burada qonşuluqda yaşayan dəlilər – bu onların problemidir, qoy öz xalqlarını aldatsınlar.  Bu, bir vaxta qədər olur. Dediyim kimi, polyaklar, litvalılar, latışlar ağıllı adamlardır, problemin nədə olduğundan baş çıxaracaqlar. Yeri gəlmişkən, ukraynalıların anladığı kimi. Bizim onlardan daha az problemimiz var, hərçənd, orada müharibə gedir”, - deyə Belarus prezidenti əlavə edib.

O, Belarus hərbçilərinə müraciət edərək onlara “həmişə ayıq-sayıq olmağı” əmr edib.

Xatirə SADİQ