Melaniya Tramp bu dəfə şlyapası ilə gündəmə gəldi

Britaniyaya rəsmi səfər zamanı əri Donald Trampı müşayiət edən birinci xanım Melaniya Trampın şlyapası diqqəti cəlb edib. 

Sep 17, 2025 - 16:58
Melaniya Tramp bu dəfə şlyapası ilə gündəmə gəldi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The Sun” nəşri yazıb. 

Nəşr ABŞ-nin birinci xanımının aksesuarını “cəsarətli” və “inanılmaz” adlandırıb və qeyd edib ki, heyranları bunu “yüksək qiymətləndiriblər. 

Sosial şəbəkələrin istifadəçiləri isə birinci xanımın şlyapasının ABŞ prezidentinin qalstukunun rənginə uyğun gəldiyini xüsusi vurğulayıblar. 

Xatirə SADİQ