“Trampın sülh planı uğur qazana bilməz” – Dmitri Kuleba

“Əslində Rusiya lideri əsl danışıqlarda maraqlı deyil, o, indi Qərbin tükənməsinə ümid edir”.

Nov 27, 2024 - 17:49
“Trampın sülh planı uğur qazana bilməz” – Dmitri Kuleba

SAVASHMEDİA.az xəbər verir ki, bunu Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba “Politico”ya müsahibəsində deyib.

Eks-nazir ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın gələcək səyləri sayəsində Rusiya ilə Ukrayna arasında atəşkəsə dair ümid bəsləyənlərə xəbərdarlıq edib. Onun sözlərinə görə, Kreml rejimi ilkin məqsədlərinə doğru can atmaqda davam edir. 

“Putin hələ də Ukrayna dövlətçiliyini məhv edə biləcəyinə, Ukraynanı müstəqil demokratik ölkə kimi məhv edə biləcəyinə inanır. Və o, indi Qərbin zəifliyini göstərməkdən bir addım uzaqda olduğunu düşünür. Putin Ukraynaya aludə olub, amma Ukraynanın dağıdılması onun böyük məqsədinin yerirə yetirilməsi demək olacaq – dünyaya Qərbin özünü və dəyərlərini necə müdafiə edə bilmədiyini göstərməkdir”.

Кулеба nəzərə çatdırıb ki, Trampın “müharibəyə tez bir zamanda son qoymaq” planlarının uğur qazanması imkanını görmür, çünki Putin indi Qərbi tükəndirməyə və sonda onu almağa ümid edir. 

Ukrayna XİN-nin keçmiş rəhbəri bildirib ki, prezident Zelenskinin Moskvanın mütləq irəli sürəcəyi tələblər əsasında “sülhə” necə razılaşa biləcəyini təsəvvür edə bilmir. 

“Təsəvvür edək ki, Rusiya Donbas və Krımı özündə saxlayır, söhbət Ukraynanın NATO-dan imtinasından gedir. Zelenski bunu imzalaya bilərmi? Bilməz, çünki bu, Konstitusiyaya ziddir. Və ona görə ki, bu, Zelenski üçün “siyasi son” deməkdir”, - deyə eks-nazir vurğulayıb. 

Kuleba hesab edir ki, hərbi yardımı radikal şəkildə məhdudlaşdırmaqla Tramp Ukraynanı Rusiya ilə danışıqlara məcbur etməyə başlasa, vəziyyət fəlakətli şəkildə pisləşə bilər: “Donbasda cəbhə dağıla bilər, rusiyalılar Dnepr, Poltava, Zaporojye şəhərlərinin yaxınlığında olacaqlar. Bu, Ukrayna üçün ən təhlükəli an olacaq”.

Kuleba qeyd edib ki, avropalı tərəfdaşların necə hərəkət edəcəyi və Amerika silahlarının çatışmazlığını nə qədər tamamlaya biləcəkləri də vacibdir.

O təəssüflənib ki, Qərb ümumiyyətlə Rusiyanın Ukraynaya qarşı müharibəsinin nəticələrinin əhəmiyyətini və öz dəqiq məqsədini hələ də aydın dərk etmir.

“Rusiya müharibədəki strateji məqsədini bütün təfərrüatı ilə dəqiq biləndə qalib gəlmək mümkün deyil. Ukrayna strateji məqsədini bildiyi halda, lakin Qərb (onsuz isə Ukrayna qalib gələ bilməz) nə üçün mübarizə apardığını bilmir. Bu müharibənin əsl faciəsidir”, - deyə Kuleba qeyd edib.
 
Xatirə SADİQ