“Düşmənimizin nəyə qadir olduğunu bilirik” – Kremlin sözçüsü
“İstintaq general-leytenant İqor Kirillov və onun köməkçisi İlya Polikarpovun qətli ilə bağlı səmərəli işləyir”.
SAVASHMEDİA.az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Görürsünüz ki, bizim xüsusi xidmət orqanlarımız, hüquq-mühafizə orqanları cəld işləyirlər. Sifarişçilərin kim olduğu, bu terror aktının təşkilatçılarının kimlər olduğu indi bəlli olur”, - deyə Kremlin sözçüsü söhbətin Ukraynadan getdiyinə diqqəti cəlb edib.
Onun sözlərinə görə, Kirillovun öldürülməsi Ukraynadakı hərbi əməliyyatların gedişində Rusiyanın hərəkətlərinin düzgünlüyünü bir daha sübut etdi.
“Biz düşmənimizin kim olduğunu və nəyə qadir olduğunu aydın başa düşürük”, - deyə Peskov vurğulayıb.
O, bildirib ki, generalın qətli ilə bağlı prezident Vladimir Putin başsağlığı verib.
Xatirə SADİQ