Abbas Əraqçı Azərbaycan dilində paylaşım etdi - "Çətin günlərdə..." + FOTO

İranın xarici işlər naziri Abbas Əraqçı çətin anlarda göstərdiyi humanitar yardımlara görə Azərbaycan dövlətinə və xalqına minnətdarlığını bildirib.

Mar 28, 2026 - 22:11
Abbas Əraqçı Azərbaycan dilində paylaşım etdi - "Çətin günlərdə..." + FOTO

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə o, “X” səhifəsində yazıb:

“Azərbaycan hökumətinə və xalqına humanitar yardımlara görə, eləcə də digər ölkələrin yardımlarının çatdırılması üçün yaradılmış şəraitə görə təşəkkürümü bildirirəm”.

XİN başçısı qeyd edib ki, Azərbaycanın göstərdiyi dəstək, eləcə də digər ölkələrdən yardım çatdırılması üçün yaradılan şərait iki ölkənin xalqları arasında həmrəyliyin mühüm ifadəsidir.