İran bu ölkənin ordusunu “terror təşkilatı” ELAN ETDİ
İran Argentinanın hərbi hava qüvvələrini və donanmasını “terror təşkilatı” elan edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.
Qeyd olunub ki, qərar qarşılıqlılıq prinsipi əsasında və 2019-cu ildə qəbul edilmiş müvafiq qanunun müddəalarına uyğun olaraq verilib. Sənədə əsasən, Argentinanın quru qoşunları deyil, yalnız hərbi hava qüvvələri və donanması sözügedən siyahıya salınıb.
İran Xarici İşlər Nazirliyi Buenos-Ayresin ABŞ-nin mövqeyinə qoşularaq SEPAH-ı terror təşkilatı elan etməsini beynəlxalq hüququn fundamental prinsiplərinin pozulması kimi qiymətləndirib. Tehran bu qərarın doğuracağı bütün nəticələrə görə məsuliyyətin Argentina hökumətinin üzərinə düşəcəyini vurğulayıb.
Tehran noyabrın əvvəlində Böyük Britaniyaya qarşı da oxşar addım atıb. Həmin vaxt Tehran Britaniya Kral Hərbi Dəniz və Hərbi Hava Qüvvələrini terror təşkilatları siyahısına daxil edib, MI6 kəşfiyyat xidmətini isə düşmən qurum elan edib.
Qeyd edək ki, Argentina 31 mart 2026-cı ildə SEPAH-ı terror təşkilatları siyahısına daxil edib. Bununla əlaqədar quruma qarşı maliyyə sanksiyaları və müxtəlif fəaliyyət məhdudiyyətləri tətbiq olunub. Buenos-Ayres qərarını İranın “Hizbullah”a dəstəyi, eləcə də 1992-ci ildə İsraildəki səfirliyə və 1994-cü ildə 85 nəfərin həyatını itirdiyi AMIA Yəhudi İcma Mərkəzinə qarşı törədilən terror aktlarında Tehranın iştirakına dair iddialarla əsaslandırıb.
Banu