Britaniya bu ölkə ilə birlikdə husi hədəflərini vurdu
Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra Böyük Britaniya ilk dəfə Yəməndəki husi hədəflərinə zərbələr endirmək üçün ABŞ qoşunlarına qoşulub.
SAVASHMEDİA.az Sky News-a istinadən xəbər verir ki, Böyük Britaniyanın Müdafiə Nazirliyi zərbələrin çərşənbə axşamı baş verdiyini təsdiqləyib.
Zərbələrin husilərin Qırmızı dəniz və Ədən körfəzində beynəlxalq gəmiçiliyə hücumlarına cavab olaraq endirildiyi bildirilir.
Nazirlikdən deyilib ki, kəşfiyyat məlumatlarının hərtərəfli təhlili husilərin dronları istehsal etdikləri binaların müəyyən olunmasına imkan verib. Husilər həmin dronlardan gəmilərə hücum etmək üçün istifadə edirlər.
Xatirə SADİQ