"Mən çox adama etibar etmirəm" - Trampın Putinlə bağlı suala cavabı

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinə etibarla bağlı sualı cavablandırmaqdan yan keçib. 

Apr 30, 2025 - 11:14
Apr 30, 2025 - 11:28
"Mən çox adama etibar etmirəm" - Trampın Putinlə bağlı suala cavabı

SAVASHMEDİA.az xəbər verir ki, bu, Trampın prezidentliyinin 100 günü ilə əlaqədar ABC News telekanalının jurnalisti Terri Morana verdiyi müsahibə zamanı baş verib.  

“Mən sizə etibar etmirəm. Mən çox adama etibar etmirəm. Amma düşünürəm ki, o, mənə hörmət edir və inanıram ki, mənə görə o, bütün Ukraynanı ələ keçirməyəcək. Mən deyərdim ki, o (Putin – red.), müharibəni dayandırmaq istərdi”, - Tramp vurğulayıb.

Tramp yenə də öz ampluasına sadiq qalaraq “mənəm-mənəmlik” edib: Düşünürəm ki, seçkilərdə qalib gəlməsəydim, o, bütün Ukraynanı ələ keçirəcəkdi. Və mənim sayəmdə, həqiqətən inanıram ki, o, döyüşləri dayandırmağa hazırdır”.

Xatirə SADİQ