"Haradasa gizlənibsə, niyə..." - Elşad Miridən qalmaqallı İmam Mehdi açıqlaması

İlahiyyatçı Elşad Mirinin son müsahibəsində İmam Mehdi barədə açıqlamaları birmənalı qarşılanmayıb.

Feb 11, 2026 - 13:44
"Haradasa gizlənibsə, niyə..." - Elşad Miridən qalmaqallı İmam Mehdi açıqlaması

SAVASHMEDİA.az xəbər verir ki, Quranda İmam Mehdi ilə bağlı konkret ayələrin olmadığını xatırladan ilahiyyatçı bunları deyib:

"Mehdi bu günə qədər sağdırsa, haradasa gizlənibsə və gözləyirsə, niyə kitablar yazmır, hansısa məlumatları ötürmür? Yoxsa bəzilərinin iddia etdiyi kimi, İranın dini liderini onun nümayəndəsi kimi görürlər? Bu, siyasiləşmiş və dini don geyindirilmiş ideoloji amillərdir”.

İlahiyyatçı daha sonra bu sözləri əlavə edib:

“Mehdi Peyğəmbər olaraq qəbul edilmir. Mehdi gəlib nə edəcək? Özündən yeni kitabmı gətirəcək, yeni dünyamı yaradacaq? Kitabımız əlimizdədir və buna uyğun olaraq həyatımızı yaşasaq, inanın ki, dünyamızı cənnətə çevirə bilərik. Amma biz gözləntilərlə özümüzü daha da geriyə atırıq”.

Oğuz