"Salamlaşdıq və dağılışdıq?” - Lukaşenko Trampa
“Danışıqlar nəticəyönümlü olacağı təqdirdə ABŞ Prezidenti Donald Trampla görüşə hazıram”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
Qəzza üzrə Sülh Şurası formatında görülən işlərdən danışan Belarus lideri buna hazır olduğunu bildirib:
“Yaxşı, gəlin birlikdə edək. Amma orada dekorasiya xatirinə kiminsə oyununa gəlmək yox. Bu, mənim üçün qəbuledilməzdir. Açıq şəkildə deyirəm ki, bu məqsədlə Donald Trampla görüşə hazır deyiləm. Onunla görüşmək yaxşı olardı. Belarus üçün çox faydalı olardı. Başa düşmək lazımdır: görüşdük, bəs sonra nə olacaq? Salamlaşdıq və dağılışdıq?”.