"Bank Respublika" "AccessBank"-ı ALDI

"Bank Respublika"-nın və "AccessBank"ın səhmdarları "Bank Respublika" tərəfindən "AccessBank"ın səhmlərinin 100 faizinin alınmasını nəzərdə tutan strateji əqdin sas şərtlərini təsdiqləyiblər.

Sep 11, 2026 - 15:49
"Bank Respublika" "AccessBank"-ı ALDI

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə "Bank Respublika" məlumat yayıb.

Bildirilib ki, əqdin 2026-cı ilin noyabr ayınadək tamamlanması planlaşdırılır. Əqd çərçivəsində "AccessBank"ın mövcud səhmdarları "Bank Respublika"nın nizamnamə kapitalının ümumilikdə 25 faizini təşkil edən yeni buraxılacaq imtiyazlı səhmləri əldə edərək "Bank Respublika"nın səhmdarlarına çevriləcəklər.

Səhmlərin satın alınması başa çatdıqdan sonra "Bank Respublika" və "AccessBank" ilkin mərhələdə ayrı-ayrı banklar kimi fəaliyyətlərini davam etdirəcəklər. Onların sonradan vahid bankda birləşdirilməsi müvafiq tənzimləyici tələblərə uyğun həyata keçiriləcək.

Birləşmiş bankın cəmi aktivləri 4,5 milyard manata, kredit portfeli isə 3,3 milyard manata çatacaq.

Qeyd edək ki, “AccessBank”ın bu ilin ikinci rübünün sonuna olan maliyyə hesabatına görə, bankın depozitləri 4,2% azalaraq 1 milyon 84 min 628 manata düşüb. 2025-ci ilin sonuna isə bu göstərici 1 milyon 132 min 381 manat təşkil etmişdi. Hüquqi şəxslərin bankdakı depozitləri 190 milyon 615 min manata bərabər olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 20,3% azdır.