ABB Özbəkistanda bank aldı - 51 faizlik pay
Ölkənin ən böyük banklarından olan Azərbaycan Beynəlxalq Bankı Özbəkistan banklardan birində nəzarət paketi əldə edib.
SAVASHMEDIA.az xəbər verir ki, ABB Özbəkistanın “Davr Bank”ının səhmlərinin 51 faizini əldə edib.
Məlumata görə, ABB bununla da “Davr Bank” üzərində nəzarət payına sahib olub və Özbəkistan bazarında birbaşa fəaliyyətə başlayıb. Sövdələşmənin dəyərinin təxminən 100 milyon ABŞ dolları olduğu açıqlanıb.
“Davr Bank” Özbəkistanda 2001-ci ildən fəaliyyət göstərir. Bankın təxminən 1 milyard dollar aktivə, 43 filiala və geniş müştəri bazasına malik olduğu bildirilir.
ABB-nin bu addımı Azərbaycanın bank sektorunun xarici bazarlara genişlənməsi baxımından əhəmiyyətlidir.
ABB-nin “Davr Bank” vasitəsilə Özbəkistanda kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi, mikromaliyyə və rəqəmsal bankçılıq xidmətlərini inkişaf etdirməyi planlaşdırdığı qeyd olunur.
Aytən