Trampın hinduşkası Ağ Evdən QAÇDI – “Kolluğa girib, amma onu...” + VİDEO

ABŞ Prezidenti Donald Trampın Şükranlıq Günü ərəfəsində əfv etdiyi iki hinduşkadan biri Ağ Evdən qaçıb.

Nov 25, 2026 - 13:41
Nov 25, 2026 - 13:51
Trampın hinduşkası Ağ Evdən QAÇDI – “Kolluğa girib, amma onu...” + VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, bu, “Lələk” və “Azadlıq” adları verilmiş hinduşkaların əfvedilmə mərasimi zamanı baş verib.

Mərasimdə hər iki quş gözlənilərkən səhnəyə yalnız “Azadlıq” gətirilib. Tramp  digər hinduşkanın harada olduğunu soruşub. Prezidentə bildirilib ki, “Lələk” Ağ Evdən qaçaraq kolluqlarda gözdən itib.  

“”Lələk” kolluğa qaçıb. Amma onu da əfv edəcəyik”, - Tramp bildirib.

Qeyd edək ki, əfv olunmaq üçün seçilmiş hinduşkalar Qərbi Virciniya ştatında fermerlər tərəfindən yetişdirilib. Əfv mərasimindən sonra quş qırmızı xalça üzərində gəzdirilib və Vaşinqtondakı dəbdəbəli “Willard” hotelində əvvəlcədən hazırlanmış otağa yerləşdirilib.

Xatırladaq ki, Şükranlıq Günü ABŞ-də hər il noyabr ayının dördüncü cümə axşamı qeyd olunur.

Banu

Посмотреть эту публикацию в Instagram

Публикация от Zulfuqar Savaş (@savashmedia.az)