Makron Trampa zəng etdi - “Sizə görə küçədə ilişib qalmışam” 

Fransa prezidenti BMT Baş Assambleyasının iclasından qayıdarkən ABŞ prezidentinin korteji yoldan keçdiyi üçün onun avtomobili bir neçə dəqiqə tıxacda qalıb.

Sep 23, 2025 - 16:06
Makron Trampa zəng etdi - “Sizə görə küçədə ilişib qalmışam” 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Fransa KİV-i məlumat yayıb. 

Emmanuel Makron avtomobilindən enərək polis məmuru ilə danışıb. Fransa mətbuatının yazdığına görə, polis yaranmış vəziyyətdən “açıqca utanıb”.

Makron sonra Donald Trampa zəng edib. “Necəsiniz? Təxmin edin nə olub! Mən sizə görə küçədə ilişib qalmışam”, - deyə Makron gülüb.

Makron komandası ilə yolu piyada davam etdirməli olub.
 
Xatirə SADİQ